featured-image-75850

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.

“Zirə” öz meydanında Kəpəz”lə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Zirə” 39 xalla dördüncü, “Kəpəz” isə 17 xalla 10-cu pillədə qərarlaşır.

Günün son matçında “Neftçi” doğma divarlar arasında “Turan Tovuz”la üz-üzə gəlib. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanmışdı. Bu dəfə də ssenari dəyişməyib. Tovuz təmsilçisi səfərdən 1:0 hesablı qalibiyyətlə ayrılıb. Bölgə təmsilçisi xallarının sayını 44-ə yüksəldərək, 3-cü pillədəki mövqeyini möhkəmlədib. “Neftçi” isə 31 xalla 7-cidir.

9 mart

Azərbaycan Premyer Liqası

23-cü tur

“Zirə” – “Kəpəz” – 2:2

Qollar: Eren Aydın, 5; Ruan Renato, 90+7 – Rauf Hüseynli, 32; Dioqo Verdaska, 51 
Hakimlə
r: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu

“Neftçi” – “Turan Tovuz” – 0:1

Qol: Joarlem Santos, 56
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”

10 mart

19:15. “Sabah” – “Qəbələ”

7 mart

“Karvan-Yevlax” – “Sumqayıt” – 1:1

8 mart

“Qarabağ” – “Araz-Naxçıvan” – 6:0

“Şamaxı” – “İmişli” – 0:0

Bənzər xəbərlər