featured-image-77675

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək.

Ağdam klubu turnir cədvəlində 59 xalla 2-ci, “Turan Tovuz” isə 56 xalla 3-cü yeri tutur.  Ona görə də bu matç 2-ci yerin taleyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” – “Turan Tovuz”
T.Bəhramov adına Respublika stadionu

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” – “Neftçi”

2 may (şənbə)

“Araz-Naxçıvan” – “İmişli” – 0:1

“Kəpəz” – “Sumqayıt” – 2:1

3 may (bazar)

“Zirə” – “Qəbələ” – 1:0

Bənzər xəbərlər