“Turan Tovuz” Türkiyədə hazırlığa başladı
“Turan Tovuz” Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk məşqinə çıxıb.
Msport.az xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində məskunlaşıb.
Tovuz təmsilçisi iyulun 19-dək məşqlərini orada davam etdirəcək.
Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda olacaq.