“Turan Tovuz” Türkiyədə növbəti oyununa çıxdı
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün növbəti yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, Qərb klubu Albaniya təmsilçisi “Flamurtari”la üz-üzə gəlib. Görüş tovuzluların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Flamurtari” ötən mövsüm Albaniya 1-ci divizionunu 2-ci pillədə başa vurub.
Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü” ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0.