featured-image-63999

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un baş məşqçi Kurban Berdiyevlə bağlı şikayətini rədd edib.

Msport.az xəbər verir ki, rusiyalı mütəxəssisə kəsilən cəza qüvvədə saxlanılıb.

Berdiyev Azərbaycan Premyer Liqasının XXX turunda “Sabah”la keçirilən oyunun 19-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib.

Bu hərəkətinə görə AFFA İntizam Komitəsi ona 3-ü şərti olmaqla 5 oyunluq cəza, klubuna 4000 manat cərimə kəsmişdi. Şərti cəzaya 3 ay sınaq müddəti təyin olunmuşdu. Tovuzluların şikayəti təmin edilmədiyindən, İntizam Komitəsinin qərarı olduğu kimi qalıb.

Bənzər xəbərlər