featured-image-61970

AFFA “Turan Tovuz”un bəyanatına cavab verib.

Msport.az xəbər verir ki, AFFA Tovuz təmsilçisinin Azərbaycan Premyer Liqasının XXIV turunda “Şamaxı” ilə oyunun qarlı hava şəraiti üzündən VAR sistemi və “CBC Sport”un canlı yayımının olmayacağını və bununla da görüşdə şəfaflığın olmayacağına şübhə etdikləri üçün qarşılaşmanın təxirə salınmasilə bağlı PFL-ə müraciətinə belə cavab verib: “Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.

“Turan Tovuz”un “Şamaxı” ilə oyundan əvvəlki bəyanatı AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər klubun bununla bağlı hər hansı faktları və sübutları varsa, xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda, məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaq və müvafiq tədbirlər görüləcək”.

Bənzər xəbərlər