featured-image-60201

“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Msport.az xəbər verir ki, onun yubileyi Premyer Liqanın XIX turuna təsadüf edib.

27 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər matçının (2:5) gedişində meydana çıxıb. Debütü 2014/15 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub.

O, üç klubda forma geyinib. Nəcəfov “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb.

Bənzər xəbərlər