featured-image-57516

Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyunlarını keçirəcək.

Msport.az xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı üçüncü sınağında Rumıniya ilə qarşılaşacaq. Buftya şəhərində reallaşacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Komandamız qrupda daha əvvəl keçirdiyi oyunlarda Macarıstana 0:4, Yunanıstana isə 0:3 hesabı ilə məğlub olub.

Azərbaycanın U-19 millisi isə Moldova ilə üz-üzə gələcək. Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək görüş saat 15:00-da start götürəcək. Yığmamız ilk oyunda İslandiyaya məğlub 0:2, ikinci matçda isə İrlandiyaya 0:4 hesabı ilə uduzub.

Bənzər xəbərlər