Daha bir millimiz biabırçı hesabla uduzdu
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununu keçirib. Msport.az xəbər verir ki, Elxan Abdullayevin komandası son matçda Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun Polşa millisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz oyunu aşağıdakı heyətlə keçirib:
1. Həbib Hüşənov (12. Aftandil Arıxov, 68), 3. Vüsal Paşayev, 23. Rəşad Alışov, 21. Ömər Həsənli (18. Həzrət Səmədov, 74), 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov, 19. Eltun Babazadə (11. Mehdi Mütəllimli, 68), 7. Ziya Şəkərxanov, 10. Şahin İbrahimov (16. Cəlil Allahverdiyev, 68), 8. Əliəkbər Rzazadə (13. Emil Həsənov, 74), 9. Nihad Orucəli (20. Arzu Mədətov, 74).
Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.