U-19 İslandiyaya qarşı
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Preddvor” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.