featured-image-56905

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Msport.az xəbər verir ki, U-19 noyabrın 10-dan 20-dək Moldovanın paytaxtı Kişinyovda Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

7-ci qrupda yer alan millimiz İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Komandaya dəvət edilən futbolçuların adları, oyunların təqvimi və hakim təyinatları ilə sizi tanış edirik:
13 noyabr
Azərbaycan – İslandiya
Zimbru-2 stadionu. Saat 14:00
Baş hakim: David Dickinson (Şotlandiya)
Baş hakimin köməkçiləri: Craig Ferguson (Şotlandiya), Ghennadi Lisita (Moldova)
Dördüncü hakim: Igor Bosca (Moldova)
16 noyabr
İrlandiya – Azərbaycan
Zimbru-2 stadionu. Saat 14:00
Baş hakim: Miloš Milanović (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novaković (Serbiya), Ghennadi Lisita (Moldova)
Dördüncü hakim: Igor Bosca (Moldova)
19 noyabr
Moldova – Azərbaycan
Zimbru stadionu. Saat 15:00
Baş hakim: David Dickinson (Şotlandiya)
Baş hakimin köməkçiləri: Craig Ferguson (Şotlandiya), Lukáš Matoušek (Çexiya)
Dördüncü hakim: Jan Petrik (Çexiya)

Bənzər xəbərlər