U-19 Polşa ilə qarşılaşacaq
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxacaq.
Msport.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Çatez” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.