U-21 Bolqarıstana qarşı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, U-21 “Liv Bona Dea Arena”da Bolqarıstanla qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.
U-21 millimizin baş məşqçi Ayxan Abbasov əsas yığmanı Ukrayna ilə matça çıxaracağı üçün Bolqarıstanla matçda U-21-ə onun köməkçisi Elnur Çodarov rəhbərlik edəcək.
Qeyd edək ki, U-21 yığmamız seçmə mərhələdə ilk oyunda Portuqaliyaya 0:5 hesabıyla uduzub.