UEFA klublarımıza ödəniş etdi – “Qarabağ”dan başqa
UEFA “Həmrəylik ödəmələri çərçivəsində 9 klubumuza (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Msport.az xəbər verir ki, 2024/2025-ci illər mövsümü üçün ayrılmış 1 milyon 279 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Neftçi”, “Səbail”, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Sabah”, “Şamaxı”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz”in hər birinə 142 min 111 avro ödənilib.