UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu
Ölkələrin UEFA reytinqi açıqlanıb.
Msport.az xəbər verir ki, Avropa Liqasında Liqa mərhələsinin VIII turunun matçları bəzi dəyişikliyinə səbəb olub.
Şotlandiya və Danimarka İsveçrəni keçib. İsveç isə Kipri arxada qoyub.
Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzan “Qarabağ” Azərbaycanın aktivini zənginləşdirə bilməyib. Nəticədə mövqeyi dəyişməyən ölkəmiz 28-ci pillədə qalıb.
Azərbaycanın hesabında 19,625 xal var. Ölkəmiz mövsümü bu xalla başa vurub. Amma yekun mövqeyi dəqiqləşməyib. Çünki aşağı sıralardakı bəzi ölkələrin təmsilçiləri mübarizəni davam etdirirlər.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 106,624 xal.