featured-image-63984

UEFA ölkə reytinqini yeniləyib.

Msport.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra bəzi ölkələr xal ehtiyatını artırıb.

Yalnız İsveç Xorvatiyanı geridə qoyaraq 20-ci pilləyə yüksəlib. Azərbaycan isə 30-cu pillədəki yerini qoruyub. Avrokubokda iştirakçısı qalmayan ölkəmizin aktivində 19.625 xal var.

Azərbaycandan bir pillə öndə olan Bolqarıstan 19.875 əmsala malikdirsə, 31-ci sıradakı İrlandiyanın 14.968 əmsalı var.

Qeyd edək ki, reytinqə İngiltərə (112.553) başçılıq edir.

Bənzər xəbərlər