featured-image-68522

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la Macarıstanda keçiriləcək ilk oyununun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona yan xətdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

Pineyru bir neçə gün bundan əvvəl UEFA Superkubokunda PSJ – “Tottenhem” oyununu idarə etmişdi. Həmin matçda Elçin Məsiyev 4-cü hakim kimi fəaliyyət göstərmişdi.

Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər