Ukrayna yığmasında məcburi dəyişiklik
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasında dəyişiklik edilib.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Aleksandr Timçik heyətdən çıxarılıb.
Buna səbəb Kiyev “Dinamo”sunun futbolçusunun zədələnməsidir. Baş məşqçi Sergey Rebrov onun əvəzinə ehtiyat heyətdə adı yer alan “Polissya”dan Boqdan Mixayliçenko əsas heyətə cəlb edilib.
Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Vrotslavda Fransa ilə, dörd gün sonra isə Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.