featured-image-61900

Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” – “Sumqayıt” (1:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Neftçi”ni təbrik edir və uğurlar arzulayıram. Oyundan çox da danışmaq istəmirəm. Gedişatı özünüz gördünüz. İnanıram ki, həm hakimlərlə, həm də oyunla bağlı məqalələriniz çıxar. Mənim gördüyüm var. Sadəcə açıqlasam, cəza alacağam, ya da intriqaya səbəb olacam. Ona görə də sizin ədalətli təhlillərinizi gözləyirəm. Yenə də komandamı təbrik edirəm. Belə oyunla da ancaq irəli… Təhlili özünüz edin. Son 10 dəqiqəyə nəzər yetirin. Hansı meydançada hansı qərarlar verildi. Bizim yüzdəyüzlük penaltimizi vermədilər. Hakimlərlə bağlı danışmaq istəmirəm.

– Hakimliyi kənara qoysaq, komandanın çıxışını necə qiymətləndirirsiniz?

– Özünüz də gördünüz ki, oyun baxımından “Sumqayıt” daha yaxşı idi. Lakin yararlana bilmədik. 80-ci dəqiqəyə qədər olan epizodlar bizim lehimizə idi.

– Hava şəraiti sizin oyununuza təsir etdi?

Əlbəttə, təsir etdi. Amma hər iki komanda üçün eyni idi. Bunu bilirdik. Bugünkü oyunda da komandam hər cəhətdən üstün idi. Sadəcə, 1 penalti həll etdi.

– Komanda sizin rəhbərliyiniz altda ilk hissəni daha yaxşı çıxış edir. Amma ikinci hissədə bunu görmürük. Niyə?

– Sizinlə razıyam. Amma bygünkü oyuna görə. Yeni qoşulanlar var. Onların adaptasiyası var. Ona görə də onları yükləyə bilmirik. Fəqət, bu gün komanda 90 dəqiqə ərzində pressinq etdi.

– Komanda 9 oyundur ki, qol vurmur…

– Cadunu mən dilə gətirməmişəm. O yarı zarafat, yarı da emosiya ilə bağlı bir şeydir. Amma bugünkü oyunda VAR-da olan hakimlər belə müdaxilələr etmədi. Baxmayaraq ki, bəziləriniz deyəcəksiniz ki, uduzursunuz. Amma komandamdan razıyam. Çempionat gərgin keçir.

– İndi “Sumqayıt”ın “Sabah”ı keçmək potensialı necədir?

– İlk oyunumuza baxdıqda keçə bilərik. Kim hazır olacaqsa, o da turu keçəcək. İnanıram ki, kubok matçında hər şey yaxşı olacaq.

– Zədəliləriniz nə vaxt qayıdacaq?

– Bildiyiniz kimi zədələri uzunmüddətlidir. Nimellidə uzun period çəkəcək, Diasda isə 3 həftə davam edəcək. Qış transferlərimin hamsından razıyam.

– AFFA İcraiyyə Komtəsinin son qərarları bəllidir. İdman prinsipləri qorunacaq. Siz də getdikcə aşağı pillələrə yuvarlanırsınız..

– Biz hara düşürük? “Səbail”in 16 xalı var. Gəlin, intriqa yaratmayaq. Bəli, aşağıya yuvarlanırıq. Amma sonuncu pilləyə düşmürük.

Bənzər xəbərlər