Vaqif Cavadov: “Komandamız daha möhkəm olacaq”
Azərbaycan Premyer Liqasında 31-ci turunda “Zirə” doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov görüşdən sonra keçirilmiş mətbuat konfransında fikirlərini bildirib.
O, komandasının oyunundan məmnunluğunu dilə gətirib: “Çox yaxşı komandaya qarşı mübarizə apardıq. “Zirə” elə-belə 2-ci yerdə getmir. “Sumqayıt” da bu matçda yaxşı futbol nümayiş etdirdi. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda bu gün futbol oynadı. İnanıram ki, komandamız bu cür oyunla, belə komandalara qarşı daha da möhkəm olacaq. Növbəti oyunlarda da bu cür oyun olmasını istəyirəm. Çətin oyunlarımız var. Onlara hazırlaşacağıq”.