featured-image-60914

“Maraqlı oyun alındı. Birinci hissə daha çox bizim üstünlüyümüzlə keçdi”.

Msport.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXI turunda “Araz-Naxçıvan”la keçirilən matçdan sonra təşkil edilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanın 0:0 hesablı bərabərliklə yekunlaşmasına təəssüfləndiyini bildirib: “Təəssüf ki, penaltini qola çevirə bilmədik. Yenə də bu cür rəqiblə görüşdə qazanılan 1 xala görə komandama alqış düşür. Qələbə qazana bilmədiyimiz üçün üzülürük. Lakin göstərdiyimiz mübarizə ilə qələbə əzmimiz artır. Növbəti oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, “Sumqayıt” hazırda 22 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Bənzər xəbərlər