featured-image-63534

“Sabah” Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində doğma meydanda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Çalışdırıcı əvvəlcə görüşü dəyərləndirib: “Pis oyun oldu. Əgər meydanda hərəkət etməyəcəyiksə, döyüşməyəcəyiksə, turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda həmişə bu cür nəticələr qeydə alınacaq. Bu tip matçlarda daha çoxunu meydanda etməlisən”.

 

– “Neftçi” ilə matçdan sonra mətbuat konfransını erkən tərk etməklə mətbuata hörmətsizlik etdiyinizi düşünmürsünüz?

– Burada hörmətsizlikdən söhbət gedə bilməz. Bu, futboldur, bəzən belə emosiyalar olur. Bu oyun haqda çoxlu söz-söhbətlər var idi. Bizim keçmiş kapitanımız, hazırda “Neftçi”də çıxış edən Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi.

 

– “Turan Tovuz”a yaxınlaşmaq imkanını əldən verdiniz…

– Hər oyunda qələbə qazanmalıyıq. Amma bu cür yanaşma ilə çətin olacaq. Bir ayaqla qalib gəlmək olmaz.

Bənzər xəbərlər