featured-image-61451

AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda baş verən qalmaqalla bağlı AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Msport.az xəbər verir ki, matçın 69-cu dəqiqəsində “Masallı”da qeydiyyatdan keçmiş  komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirib.

Qarşı tərəfə xəsarət yetirdiyinə görə Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. “Neftçi” rəsmisi Rəşad Hüseynov isə Abdulla Xəlilovu vurub ki, bu da onun 10 oyunluq diskvalifikasiyasına səbəb olub.

Qarşılaşmada təhlükəsizlik təmin edilmədiyinə görə “Vətən” müstəsna hal olaraq 500 manat cərimələnib.

Baş verən insidentlə bağlı hər iki komanda rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq olub.

Bənzər xəbərlər