featured-image-29554

“Neftçi” və “Kəpəz”in sabiq futbolçusu Dario Federikonun Msport.az saytına müsahibəsi

Hazırda nə işlə məşğulsuz?
– Bir müddətdir klubsuzam. Son olaraq, İndoneziyanın “Singida Big Stars” komandasında oynayırdım. Müqaviləm başa çatdı və yollarımızı ayırdıq.

– Təklifləriniz var?
– Bəli. Afrikadan bir klub mənimlə maraqlanır. Danışıb razılığa gəlmişik. Amma hələ yekun qərarımı verməmişəm. Çünki Afrikada oynamaq istəmirəm.

– Yenidən Azərbaycanda oynamaq istəyərdiniz?
– Əlbəttə. Yaxşı təklif olsa, qayıdaram. Amma gərək hansısa variant olsun. İndiki halda isə heç bir təklif yoxdur.

– Premyer Liqanın oyunlarını izləyirsiniz?
– Vaxtım olanda baxmağa çalışıram.

– “Neftçi” cari mövsümü 3-cü pillədə başa vuracaq. Sabiq komandanızın çıxışı barədə nə deyə bilərsiniz?
– Əvvəlcə onu deyim ki, “Neftçi” əla klubdur. Mən bu komandanın elə də yaxşı olmayan dönəminə düşdüm. Hər komandada eniş olur. Hesab edirəm ki, “Neftçi” yenidən özünə gələcək. Əslində komanda 2 ildir titul uğrunda mübarizə aparır. Sadəcə, bu il çempionluqdan çox uzaq düşüb.

– Klub son illər iddiasından uzaq düşüb. Bunun səbəbini nədə görürsünüz?
– Fikrimcə, əsas problem heyətlə bağlıdır. “Neftçi”də oyunçular çox tez-tez dəyişir. Sabitlik çatmır.

– Keçmiş komandalarınızdan “Kəpəz” hazırda Premyer Liqada çıxış edir. Fürsət yaransa, Gəncə klubuna qayıdarsız?
– Bəli, “Kəpəz” çox yaxşı klubdur, özümü orada evimdəki kimi hiss edirəm. Qismət olsa, bir gün ora qayıdaram.

Bənzər xəbərlər