Qərb derbisində bərabərlik, "Neftçi"dən səfər qələbəsi
Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.
Msport.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Qərb derbisində “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Yevlax şəhər stadionunda keçirilən oyunda komandalar hərəyə 1 xal qazanıblar. 1:1 hesablı nəticədən sonra “Turan Tovuz” 45 xalla üçüncü, “Kəpəz” isə 18 xalla onuncu pillədə qərarlaşır.
Turun son matçında “Neftçi” “Qəbələ”nin qonağı olub. “Ağ-qaralar” səfərdən 3:1 hesablı qalibiyyətlə dönüb. “Neftçi” hazırda 34 xalla 6-cı, “Qəbələ” isə 16 xalla 11-cidir.
15 mart (bazar)
Azərbaycan Premyer Liqası, 24-cü tur
“Kəpəz” – “Turan Tovuz” – 1:1
Qollar: Rəhman Hacıyev, 55 – Joarlem Santos, 61
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Yevlax şəhər stadionu
“Qəbələ” – “Neftçi” – 1:3
Qollar: Seydina Keyta, 20 (p.) – Bassala Sambu, 22; Emin Mahmudov, 69 (p.); Murad
Məmmədov, 77
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Qəbələ şəhər stadionu
13 mart (cümə)
“Sumqayıt” – “Şamaxı” – 0:1
“Araz-Naxçıvan” – “Karvan-Yevlax” – 2:1
14 mart (şənbə)
“Zirə” – “Qarabağ” – 1:3
“İmişli” – “Sabah” – 0:5







