Yığmamızdan heç-heçə
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.
Msport.az xəbər verir ki, oyunları Rumıniyada keçirilən VI qrupda mübarizə aparan İlham Yadullayevin yetirmələri meydan sahibləri ilə görüşüb.
Macarıstana 0:4, Yunanıstana 0:3 hesabı ilə uduzan komandamız ilk xalını son turda qazanıb. Rumıniya ilə görüşdə də hesabda geri düşən millimiz matçın sonlarında bərabərlik qolunu vurub.
Yığmamızın turnirdəki yeganə qoluna Əlibəy Məmmədov imza atıb. Seçmə mərhələnin üç matçında bir xal toplayan milli sonuncu yeri tutub.
Qeyd edək ki, qrupun digər matçında Macarıstanla Yunanıstan qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.