Yubilyar “Səbail”
Azərbaycan Premyer Liqasının XXIV turunda “Araz-Naxçıvan”la oyun “Səbail”in yubileyi ilə yadda qalıb.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi qolsuz bərabərə qalmaqla bunu reallaşdırıb.
Belə ki, bu, “Səbail”in Premyer Liqada 50-ci heç-heçəsi olub. Komanda bu göstəriciyə 228-ci matçında çatıb. “Səbail” evdə 27, səfərdə 23 dəfə rəqibləri ilə sülh bağlayıb.
Qeyd edək ki, “Səbail” ilk heç-heçəsini 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər oyununda edib (0:0).