Yunis Hüseynov: “Bu gün 2 xal itirdik”
Azərbaycan Premyer Liqasının XXXI turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük. Buraxdığımız qollara baxsaq, görərik ki, öz səhvlərimizdən olur. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik.
– “Araz-Naxçıvan”a çatmaq üçün risk edəcəyiniz gözlənilirdi, amma etmədiniz…
– Risk etmək istəmədik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. Riskə də getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də risk etmədik.
– Jo zədə səbəbindən oynamadı?
– Bəli. Zədəlilərimiz çoxdur. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Demək olar, mövsümü bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq.