“Yuventus” Türkiyə millisinin üzvünə elçi düşdü
İtaliya A Seriyası təmsilçisi “Yuventus” “İnter”in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə maraqlanır.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçunun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Tərəflər arasında sözləşmə müddətinin uzadılması ilə bağlı danışıqlar davam etmir. Razılıq əldə olunmasa, Turin klubunun Çalhanoğlunu transfer etmək üçün addım atacağı bildirilir.
2017-ci ildən İtaliyada çıxış edən futbolçu əvvəlcə “Milan”da, 2021-ci ildən isə “İnter”də forma geyinib. O, “İnter”lə 2 dəfə A Seriyasının, 3 dəfə İtaliya Kubokunun və 3 dəfə Superkubokun qalibi olub.
Hakan Çalhanoğlu cari mövsümdə 4 matçda 2 qol vurub. Hazırda o, zədə səbəbindən meydana çıxa bilmir.







