Zamiq Əliyevin komandası finalda
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya kubokunun finalına yüksəlib.
Msport.az xəbər verir ki, adıçəkilən komanda yarımfinalda “Partizani”ni üstələyib.
İlk matçda evdə 0:1 hesabı ilə uduzan “Eqnatiya” səfərdəki cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, bunun revanşını alıb. Start heyətində yer alan Əliyev görüşü əvəz olunmadan keçirib.
“Eqnatiya” finalda Tirana “Dinamo”su ilə qarşılaşacaq. Həlledici görüş mayın 1-də keçiriləcək.