featured-image-67934

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda Xorvatiyanın “Hayduk” kollektivinin qonağı olub.

Split şəhərində yerləşən “Polyud” stadionunda keçirilən görüşdə hesabı 19-cu dəqiqədə meydan sahibləri açıblar. Üstəlik, 77-ci dəqiqədə “Zirə”nin heyətində Quima qırmızı vərəqə alıb. Azlıqda qalmasına baxmayaraq, Rəşad Sadıqovun yetirmələri hesabı bərabərləşdirməyə müvəffəq olublar. 90+3-cü dəqiqədə İssa Cibrilla fərqlənib.

Bir həftə əvvəl Bakıda keçirilən matçda olduğu kimi, Splitdəki görüşün də əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığından, əlavə vaxt oynanılıb. “Hayduk” 95-ci dəqiqədə vurulan qol sayəsində 2:1 hesablı qələbə qazanıb. “Zirə” iki oyunun cəmində 2:3 hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb.

Bənzər xəbərlər