“Zirə” Borçe Xristovla yollarını ayırdı
“Zirə” məşqçisi Borçe Xristovla yollarını ayırıb.
Msport.az xəbər verir ki, Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan Bakı klubu çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Mütəxəssis bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq, yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.