"Zirə" daha bir futbolçusunu itirdi
“Zirə”nin daha bir futbolçusu əməliyyat olunub. Msport.az xəbər verir ki, ötən həftə məşqdə üz nahiyyəsindən zədələnən Rövlan Muradovun orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.
Yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, bu günlərdə “Zirə”nin daha bir oyunçusu – Abdul Aziz Batibie də əməlliyat olunmuşdu. O, ən azı 6-7 ay komandasına kömək edə bilməyəcək.