"Zirə" daha bir legioneri ilə vidalaşdı
UEFA Konfrans Liqasının oyunlarına hazırlaşan “Zirə” daha bir futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Yusuf Lavalla müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
27 yaşlı yarımmüdafiəçi “Zirə”yə 2024-cü ilin sentyabrında Portuqaliyanın “Arouka” klubundan keçmişdi. O, ötən mövsüm Azərbaycan Premyer Liqasında cəmi 9 oyunda meydana çıxıb.
Qeyd edək ki, Laval 2020-2023-cü illərdə “Neftçi”nin şərəfini qoruyub.