"Zirə" daha bir legioneri ilə vidalaşdı - RƏSMİ
“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, Konfrans Liqasında mübarizə aparacaq “qartallar” Ayron Qomislə müqavilənin müddətini uzatmayıblar.
26 yaşlı dayaq yarımmüdafiəçisi 2024-cü ilin sentyabrında “Kasımpaşa”dan “Zirə”yə keçmişdi.
O, bu müddət ərzində “Zirə”nin heyətində 64 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə verib.







