“Zirə”də ayrılıq – milli üzvü getdi
“Zirə”də yarımmüdafiəçi Rüstəm Əhmədzadənin durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilib ki, millimizin futbolçusu ilə yollar ayrılıb. “Qarabağ”dan icarəyə götürülən oyunçu ilə müqavilə müddəti uzadılmayıb.