featured-image-21303

“Zirə” yeni hücumçu transfer edib.

Msport.az-ın məlumatına görə, “qartallar” Ukraynanın “Dinamo” (Kiyev) komandasından Vladislav Kulaçı heyətinə qatıb.

Bakıya yola düşən 30 yaşlı forvardla tibbi müayinədən sonra rəsmi müqavilə imzalanacaq. Hələlik sözləşmənin detalları bəlli deyil.

Qeyd edək ki, 2020/2021 mövsümündə “Vorskla”nın heyətində Ukrayna Premyer Liqasının bombardiri olmuş Kulaç Donetsk “Şaxtyor”unun yetirməsidir. O, müxtəlif vaxtlarda Macarıstanın “Honved” və Türkiyənin “Əskişəhərspor” klublarında da çıxış edib. Kulaç Ukraynanın U-17, U-18, U-19 və U-21 yığmalarının da formasını geyinib.

Bənzər xəbərlər