“Zirə”dən yeni transfer – RƏSMİ
“Zirə” müdafiəçi Mehdi Mişahşahı transfer edib.
Msport.az xəbər verir ki, qəsəbə klubu mərakeşli futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Mişahşah son olaraq ölkəsində “Raja Kasablanka” klubunda çıxış edib.
22 yaşlı Mehdi Mişahşah “Raja Kasablanka”dan əvvəl Mərakeşin “Kentira” klubunda forma geyinib.







