“Zirə” – “Kəpəz” oyununun vaxtı yenidən dəyişdirildi
Azərbaycan Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” oyununun vaxtı yenidən dəyişdirilib.
Msport.az xəbər verir ki, Peşəkar Futbol Liqası bu dəfə qarşılaşmanın başlama saatında dəyişiklik edib.
Belə ki, matç əvvəlcə bu gün saat 16:00-a təxirə salınmışdı. Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, oyun dünən keçirilməli idi. Lakin kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınıb.