"Zirə" Mikelsin digər qardaşını gətirdi
“Zirə” heyətinə yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Leroy Mikelsə 2 illik müqavilə imzalayıb.
Almaniyalı vinger son olaraq “Şamaxı” komandasında çıxış edib. 30 yaşlı oyunçu buna qədər Almaniyanın “Borussiya” ll (Münhenqladbax) “Sankt Pauli” ll, “Allemaniya”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhausen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarının şərəfini qoruyub..
Qeyd edək ki, Leroyun digər qardaşı Con-Lens “Sabah”da, Coy-Slayd isə “Karvan Yevlax”ın formasını geyinir.