“Zirə”nin sabiq futbolçusu Region Liqasında
Region Liqasında çıxış edəcək “Xankəndi” klubu növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, komanda 21 yaşlı yarımmüdafiəçi Firdovsi Kazımovu heyətinə qatıb.
O, karyerası ərzində “Rəvan”, “Zirə”, “Difai” və “Qusar” klublarında forma geyinib.