featured-image-29773

“Zirə” Azərbaycan Premyer Liqasının 34-cü turunda öz meydanında “Kəpəz”lə bərabərə qaldı – 1:1. Rəşad Sadıqovun komandası bu heç-heçə ilə avrokuboklara yollanmaq şansını bir qədər də çətinə salmış oldu. Qəsəbə klubu indi “Qəbələ”dən 2 xal geri qalsa da, Elmar Baxşıyevin komandası bu gün “Turan Tovuz”u məğlub edəcəyi halda xal fərqi 4-ə yüksələcək.

Maraqlıdır ki, “Zirə” dünən Gəncə təmsilçisi ilə matçda da yeganə qolu standart vəziyyətdən buraxdı.

Msport.az xəbər verir ki, “qartallar” son 8 oyunda 10 qoldan yeddisini standart vəziyyətdən buraxıb. Bu da təxminən 70 faiz deməkdir. 32-ci turda “Turan Tovuz” “Zirə”nin qapısına hər 3 topu (3:1) məhz standart vəziyyətdən sonra vurmuşdu.

Burda qapıçılar qədər, düzgün mövqe tutmayan, öz futbolçusunu buraxan futbolçuların da böyük günahı var. “Zirə” bu mövsüm avrokuboklara getməsə (böyük ehtimalla belə olacaq) Rəşad Sadıqov buna görə mövsüm ərzində kobud səhvlərlə yadda qalan Anar Nəzirovla Mehdi Cənnətovu və əlbəttə ki, standart vəziyyətlərdən buraxılan qolları yada salacaq.

AYXAN 

Bənzər xəbərlər