"Kəpəz" sabiq futbolçusunu heyətə qatdı
“Kəpəz” “Turan Tovuz”un futbolçusu Sadiq Şəfiyevi icarəyə götürüb. Msport.az xəbər verir ki, 19 yaşlı hücumçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək.
Gəncə futbolunun yetirməsi olan forvard 2020-2021-ci illər və ötən mövsümünün 2-ci hissəsini “Kəpəz”də keçirib.
O, aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.