Araz Abdullayev millimizin sabiq üzvü ilə ailə həyatı qurdu
Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev ailə həyatı qurub. Msport.az xəbər verir ki, hazırda “Karvan Yexlax” klubunda çıxış edən yarımmüdafiəçinin toyu dünən Bakı Əyləncə Mərkəzində olub.
33 yaşlı futbolçu bədii gimnastika üzrə millimizin sabiq üzvü hazırda məşqçi kimi fəaliyyət göstərən Səbinə Qaratova ilə evlənib.
Qeyd edək ki, toyda məşhur idmançılarımızdan sərbəst güləş üzrə olimpiya mükafatçısı Hacı Əliyev də iştirak edib.