featured-image-69502

Azərbaycan Premyer Liqasının IV turunda “Kəpəz” “Araz-Naxçıvan”a məğlub olub.

Msport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65) və Bar Kohen (86) fərqləniblər.

Bu nəticədən sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə olan Gəncə təmsilçisinin isə xalı yoxdur.

Qeyd edək ki, IV tura sentyabrın 14-də yekun vurulacaq.

Bənzər xəbərlər