“Zirə”nin yubilyarı
“Zirə”nin hücumçusu Davit Volkov üçün Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”la oyun (3:0) əlamətdar olub.
Msport.az xəbər verir ki, gürcüstanlı forvard qəsəbə təmsilçisinin heyətində 100-cü görüşünü keçirib.
29 yaşlı futbolçu bu qarşılaşmalarda aktivinə 34 qol yazdırıb.
Davit Volkov 2020-2022-ci illərdə formasını geyindiyi “Zirə”yə mövsümün əvvəlində yenidən qayıdıb. O, bu klubla Premyer Liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) oyuna çıxıb.
Volkov “Zirə”nin heyətində 2020-ci il fevralın 1-də “Sabah”la matçda (2:0) debüt edib.