featured-image-60937

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Msport.az xəbər verir ki, son gündə bir oyun keçirilib.

Avrokuboklara iddia edən “Zirə” “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi birinci hissədə rəqib qapısından iki cavabsız top keçirib. Əvvəlcə 20-ci dəqiqədə sol cinahdan rəqibini geridə qoyan Toral Bayramov ideal ötürmə ilə Aleksey Kaşukun fərqlənməsinə şərait yaradıb. Fasilə ərəfəsində isə Patrik Andradenin uzaq məsafədən mükəmməl zərbəsi qarşısıalınmaz olub.

Ancaq ikinci hissədə “Zirə” geridönüş etməyi bacarıb. Əvvəlcə qısa müddət ərzində Salufi Suma dubla imza atıb. O, 56 və 67-ci dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə qapıçı ilə təkbətək vəziyyətdən Davit Volkov qoyub.

Beləliklə, “Qarabağ” üzərində 3:2 hesablı qələbə qazanan “Zirə” xallarının sayını 39-a çatdırıb və turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Aktivində 50 xalı olan “Qarabağ” isə turnir cədvəlinə başçılıq edir.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 3:2, “Neftçi” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib, “Sumqayıt” “Araz-Naxçıvan”la (0:0), “Turan Tovuz” isə “Səbail”lə (1:1) bərabərə qalıb.

Qeyd edək ki, XXII turun oyunları 9-11 fevral aralığında keçiriləcək.

N Klublar O Q H M T-F X
1 Qarabağ 21 16 2 3 53-14 50
2 Araz-Naxçıvan 21 13 4 4 23-15 43
3 Zirə 21 12 3 6 34-19 39
4 Turan Tovuz 21 9 9 3 29-22 36
5 Sabah 21 6 10 5 30-28 28
6 Sumqayıt 21 6 4 11 15-28 22
7 Neftçi 21 4 9 8 19-30 21
8 Kəpəz 21 5 2 14 20-46 17
9 Şamaxı 21 4 5 12 19-29 17
10 Səbail 21 4 4 13 20-31 16

Bombardirlər: Coy-Lens Mikels (“Sabah”), Felipe Santos (“Araz-Naxçıvan”), Davit Volkov (“Zirə”) – 8 qol.

Bənzər xəbərlər