featured-image-68791

Azərbaycan Premyer Liqasının II turunda bu gün “Qəbələ”nin qonağı olacaq “Zirə” səfər oyununa tam heyətlə yollanmayıb.

Msport.az xəbər verir ki, Bakı klubunun heyətində itkilər var.

Anar Bayramov, Brahim Konate, Abdulaziz Batibie və Vinsent Till hazırda zədədən əziyyət çəkirlər. Onlar bugünkü matçı buraxmalı olacaqlar.

Qeyd edək ki, bu gün Qəbələdə keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər