featured-image-38647

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin Msport.az saytına müsahibəsi

– Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə “Sumqayıt” üçün nə dərəcədə faydalı oldu? Komanda ikinci dövrəyə necə hazırlaşdı?
– Fasilədən istifadə edib “Zirə” ilə yoldaşlıq matçı oynadıq. Baş məşqçimizin bəzi tapşırıqları var idi ki, bu oyunda onları yerinə yetirməyə çalışdıq. Düşünürəm ki, fasilə bizim xeyrimizə oldu.

– İlk dövrəyə “Kəpəz” üzərində qələbə ilə yekun vurmuşduz? Sizcə, uğurlu seriya yaxalamaq mümkün olacaq?
– İlk dövrənin əvvəlində və sonundə yaxşı nəticələr qazandıq. Ancaq dövrənin ortalarında büdrədik. Artıq əvvəlki səhvlərimizi təkrarlamaq istəmirik. İnanıram ki, sonadək yaxşı nəticələr qazanacağıq.

– Mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan “Sumqayıt”ın hədəflərində hər hansı dəyişiklik olub?
– Əsas hədəfimiz çıxdığımız maçlarda maksimum nəticə qazanmaqdır. Bu hədəf dəyişməz olaraq qalır.

– Premyer Liqada “Sumqayıt”ın heyətində 100 oyun keçirən futbolçuların sırasına qoşuldunuz. 100 rəqəmi sizin üçün nə ifadə edir?
– “Sumqayıt”dan öncə oynadığım klublarda 100-ü keçməmişdim. Bunun üçün şadam. “Sumqayıt” 2020-2021 mövsümündə tarixində ilk dəfə bürünc medal qazandı və avrokuboklara vəsiqə əldə etdi. Mənə də klubun tarixi anlarını bu formayla yaşamaq nəsib oldu.

– Fasilədən sonra ilk oyun “Sabah”a qarşı olacaq..
– Bəli. Bizi ağır və gərgin bir matç gözləyir. “Sabah”ın çox keyfiyyətli futbolçuları var. Çalışacağıq ki, bu oyunda yaxşı nəticə qazanaq və xal ehtiyyatımızı artıraq

– Millimiz bu ay seçmə mərhələdə iki oyun keçirdi. Bir qələbə və bir məğlubiyyət qeydə alındı. Yığmanın sabiq üzvü kimi həmin oyunlar barədə nə deyə bilərsiniz?
– Hələ matçlardan öncə millimizin Estoniyaya qalib gələcəyimizi, Avstriya ilə oyunda isə hər şeyin ola biləcəyini demişdim. Son qarşılaşmada heç-heçə də edə bilərdik. Qismət olmadı. Ancaq düşünürəm ki, millimizin yaxşı potensialı var və gələcəkdə daha yaxşı nəticələr olacaq.

– Vüqar Mustafayev bu gün niyə milli komandaya çağırılmır?
– Baş məşqçinin qərarıdır, hörmətlə yanaşıram. Açığı, hazırda özümü yığmaya layiq görmürəm. Bilirəm ki, indi o formada deyiləm.

Bənzər xəbərlər