featured-image-84334

Azərbaycan Premyer Liqasında 10-cu tur davam edir. 

Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

 

Autsayder “Araz-Naxçıvan” Şamaxıda “Zirə”ni qəbul edəcək. Naxçıvan klubu son pillədən qurtulmaq üçün bu oyunda qələbə qazanmağa çalışacaq.

“Qəbələ” isə doğma divarlar arasında “Qarabağ”ı sınağa çəkəcək. Ağdam klubu bu matçda qalib gəlsə, ən azı bir günlüyünə liderliyə yüksələcək.

Azərbaycan Premyer Liqası

X tur

31 oktyabr (şənbə)

15:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər:
Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
Şamaxı şəhər stadionu

17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev, Cavid Cəlilov (VAR), Kamran Bayramov (VAR)
Qəbələ şəhər stadionu

1 noyabr (bazar)

15:00. “Şamaxı” – “Neftçi”

17:30. “Kəpəz” – “İmişli”

2 noyabr (bazar ertəsi)

19:00. “Sumqayıt” – “Şəfa”

30 oktyabr (cümə)

“Turan Tovuz” – “Sabah” – 3:2

Bənzər xəbərlər